BANK

"Kredit ala bilmirəm" deyənlərə Palata sədrindən - CAVAB
04 İYUL
508

"Kredit ala bilmirəm" deyənlərə Palata sədrindən - CAVAB

2016-07-04 09:28:00

Bütün sahibkarlara kredit ayırmamasının səbəbi bankların onların layihələrinin gələcəkdə uğurlu olacağına əmin olmamaları ilə bağlıdır. Fins.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib.

“Heç bir biznes öz mənfəətindən imtina etməz. Məsələ bundadır ki, kredit üçün müraciət edilən biznes layihələri dayanıqlı, ödəmə qabiliyyətli və mənfəətli olmalıdır. Bank təhlilçiləri bu layihələrin gələcəkdə uğurlu olacağına əmin olmalıdırlar”

R.Aslanlının sözlərinə görə, 2016-cı ilin birinci yarısında bankların verdiyi kreditlərin 73%- biznes xarakterli, yalnız 27%-i istehlak xarakterli kreditlər olub. Bu kreditlərin bir qismi xarici investorların Azərbaycanda həyata keçirdiyi layihələr çərçivəsində verilmiş və ya həmin layihələrə əlavə olaraq yönləndirilmiş dövriyyə vəsaitləri ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272