BANK

“Exchange”lərin bərpasına ehtiyac yoxdur" - PALATADAN AÇIQLAMA
03 İYUL
599

“Exchange”lərin bərpasına ehtiyac yoxdur" - PALATADAN AÇIQLAMA

2016-07-03 23:01:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda həftəsonu valyuta mübadiləsi aparmaq üçün cəmi 2 bankın bir filialının işləməsinə münasibət bildirib.

Fins.az xəbər verir ki, bank filiallarından kənar valyuta-dəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi imkanları barədə sualı cavablandıran R.Aslanlı dolayısı ilə buna ehtiyac olmadığını bildirib: “Burada həll olunmalı məsələ yoxdur. Əgər bu bazar günü 1 filialı işləyən 2 bank istirahət günləri bütün filiallarını işlətməklə mənfəət əldə edə biləcəklərini görsəydi, yəgin ki bunu edərdilər. Bu, xidmətin təklif tərəfidir.

Məsələnin tələb tərəfinə gəlincə isə, bütün dünyada bayramlara bank bayramı kimi baxırlar. İnsanlar bilirlər ki, bayram günləri banklar işləmir. Buna görə də, şənbə-bazar günləri üçün hər kəs işini planlaşdırır, ən geci 5-ci gün valyuta mübadiləsi edir. Əgər kimsə bunu edə bilməyibsə, yaxud təcili mübadiləyə ehtiyacı yaranıbsa, artıq bunu “növbətçi” banklarda edir”.

Palata rəhbəri bildirib ki, Formula-1 yarışları zamanı Bakıda turistlərin bol olduğu mərkəz ərazilərdə bankların 90-dək filialı saat 9-21-dək fəaliyyət göstərib.  

Eləcə də bax: Rüfət Aslanlı: «Bank sektorundakı araşdırma başa çatıb» - AÇIQLAMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274