BANK

SOCAR 3 bankda depozit yerləşdirdi
01 İYUL
657

SOCAR 3 bankda depozit yerləşdirdi

2016-07-01 11:59:00

31 dekabr 2015-ci il tarixinə SOCAR-ın ABŞ dolları ilə ifadə edilmiş bank qalıqlarına "Azərbaycan Beynəlxalq Bankı" ASC-də, "Xalq Bank" ASC-də və "Paşa Bank" ASC-də yerləşdirilmiş tələb edilənədək 3 depozit daxildir. 

Fins.az APA-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.

Hesabata əsasən, dövlət şirkəti Azərbaycan Beynəlxalq Bankında 461 mln. manat, "Xalq Bank"da 32 mln. manat və "Paşa Bank"da 50 mln. manat ekvivalentində depozit yerləşdirib.

Maraqlıdır ki, 2014-cü ildə SOCAR Azərbaycan Beynəlxalq Bankında 152 mln. manat, "Xalq Bank"da 31 mln. manat ekvivalentində depozit yerləşdirib. Qeyd edilən müddətdə SOCAR "Paşa Bank"da depozit yerləşdirməyib.

31 dekabr 2015-ci il tarixlərində başa çatan illər üzrə bu depozitlər üzrə faiz dərəcələri, müvafiq olaraq, "Reuters" tərəfindən dərc edilmiş ABŞ dolları ilə gündəlik LİBOR dərəcəsinin 70%-i, müvafiq olaraq, 3%-i və 6%-ə bərabərdir.

Tələb edilənədək depozitin ilkin müddəti 3 aydan azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272