BANK

Virtual kartla nə etmək olar? - BANKLARIN SİYAHISI VƏ ŞƏRTLƏR
01 İYUL
529

Virtual kartla nə etmək olar? - BANKLARIN SİYAHISI VƏ ŞƏRTLƏR

2016-07-01 10:31:00

Virtual kart onlayn ödənişlərin ən rahat və təhlükəsiz üsuludur. Fins.az hazırda bazarda bu məhsulu təklif edən banklar və onlardan istifadə şərtlərini araşdırıb. Məlum olub ki, əvvəlki illərlə müqayisədə əhali arasında virtual karta maraq artıb.

Bəs, virtual kartların əsas üstünlüyü nədir?

Bu məhsulun digər ödəniş kartlarından prinsipial fərqliliyi ondadır ki, yalnız internetdə xidmət və malların ödənilməsi üçün nəzərdə tutulur və onun üzərində nə maqnit zolağı, nə də imza üçün panel yoxdur. Hər dəfə internetdə alış-veriş edərkən Sizə lazım olan məbləği karta mədaxil edərək istifadə edə bilərsiniz. Bu isə kartdan pul vəsaitlərinin oğurlanması, hesabdan artıq məbləğin silinməsi və s. kimi dələduzluq risklərindən qorunmağa imkan verir.

Virtual kartı necə əldə etmək olar?

Virtual kartı əldə etmək üçün şəxsiyyət vəsiqəsi ilə birlikdə bank filialına yaxınlaşmaq və ərizə formasını doldurmaq lazımdır. İlk 2-3 iş günü ərzində kartınız hazır olur. Həmçinin bəzi bankların internet səhifələrindən virtual kartları onlayn sifariş etmək də mümkündür.

Virtual kartlar vasitəsilə hansı onlayn əməliyyatları həyata keçirmək olar?

  •          İnternet mağazalarından mal və xidmətlər almaq;
  •          Kommunal ödənişləri etmək;
  •          Mobil və stasionar rabitə haqlarını ödəmək;
  •          Sığorta ödənişlərini həyata keçirmək;
  •          Kabel televiziyasından istifadə haqqını ödəmək;
  •          İnternet provayderlərin xidmət haqlarını ödəmək;
  •          Elektron bilet almaq;
  •          Otellərdə otaq rezervasiya (sifariş) etmək və s.

Virtual karta vəsaitləri məhz ödənişi aparmazdan əvvəl yerləşdirmək, ödəmədən sonra isə sıfır qalıq saxlamaq olar. Bununla da internetdə kənar şəxslər tərəfindən kartın nömrəsi öyrənildiyi halda belə vəsaitlərinizin oğurlanması ehtimalı tam aradan qalxır.

Virtual Kartda əsasən aşağıdakı rekvizitlər göstərilir:

  •          universal və təkrarsız 16 işarəli nömrə,
  •          kart sahibinin adı,
  •          kartın qüvvədə olma müddəti,
  •          kartın üz tərəfində göstərilən xüsusi 3 işarəli CVV2/CVC2 kodu

Virtual kartın balansını necə artırmaq olar?

VirtualCard-a Bankların ofislərində, ödəniş terminalları vasitəsilə nağd şəkildə vəsait yerləşdirmək olar. Həmçinin kartın balansını  Card-to-Card əməliyyatı ilə nağdsız artırmaq da mümkündür. VirtualCard hesabına digər kartdan köçürülən vəsaitlər daxil olduğu vaxtdan internet-mağaza tərəfindən bloklaşdırılmasına qədər demək olar ki, qısa müddət ərzində qalır. Buna görə də Card-to-Card əməliyyatı daha təhlükəsizdir.

Card-to-Card ilə vəsaitin köçürülməsini bu xidmətin tətbiq olunduğu bankların bankomatlarından və Card-to-Card xidmətinə qoşulmuş digər yerli bankların bankomatlarından, eləcə də Home Banking xidməti vasitəsilə həyata keçirmək olar.

Qeyd: Virtual kartlar çipsiz olduğundan onunla yalnız onlayn ödəmələr etmək mümkündür. POS terminal vasitəsilə ödənişin mümkün olduğu - restoran, alış-veriş və istirahət mərkəzləri, həmçinin digər yerlərdə isə bu kartlardan istifadə etmək mümkün deyil.

Aşağıdakı cədvəldə virtual kartları təklif edən bankların siyahısı və onların şərtləri ilə tanış ola bilərsiniz.

Bank

Məhsul

Kartın qiyməti və illik xidmət haqqı

Kartın valyutası

Kartın müddəti

Əlavə

Məlumat

Bank Respublika

Virtual Card

Pulsuz

AZN/USD/EUR

4 il

Hesaba minimal yatırım

100 USD / AZN

Dəmir Bank

MasterCard Virtual

8/15/20 AZN

AZN/USD/EUR/GBP

1/2/3 il

Konvertasiya 0,5 %

 

VISA Virtual

Bank of Baku

MC Virtual kart

2 AZN (hər bir ay üçün əlavə 1AZN)

AZN

2 il

Konvertasiya 2%

Vitrual oyun / əyləncə mərkəzləri, o cümlədən kazinolarda aparılan əməliyyatlar:

1.5% min AZN 2 / USD 2 / EUR 2

 

AG Bank

Visa Virtual Card

12/18/24 AZN

USD

1/2/3 il

Konvertasiya

AZN-lə 1%, Avro ilə 0,5%

MasterCard Virtual

ASB Bank

Visa Virtual

5 AZN

AZN

3 il

 

Beynəlxalq Bank

Visa İnterCard/ Master Webcard

3/5/7 USD

AZN/USD/EUR/GBP

1/2/3 il

Konvertasiya 0,5%

Xalq Bank

Visa İnternet kartı

10 AZN/USD/EUR

AZN/USD/EUR

1-2 il

regionlarda kartın qiyməti- 5 AZN/USD/EUR,

Kart hesabına ilkin minimal mədaxil-Bakı: 10 AZN USD/EUR Digər: 5 AZN/ USDEUR

Konvertasiya-0,5%

Kapital Bank

Visa Virtual

5 AZN / 8 AZN / 10 AZN

AZN/USD/EUR

1/2/3 il

"İntеrnеt Banking", "Mоbilе Banking", "SMS Banking" və "SMS İnfо" хidmətlərinə qоşulma pulsuz.

Konvertasiya- 4% 

Para Bank

Visa Virtual

5AZN

AZN/USD/EUR

1-3 il

Konvertasiya- 4% 

Sms məlumatlandırma-pulsuz

Unibank

Click Card

5 AZN/USD/AVRO

AZN/USD/EUR

3 ay

Konvertasiya-0,5%

AFB Bank

Master virtual

3/5/8 AZN

AZN/USD/EUR

1/2/3 il

Konvertasiya-0,5%

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272