BANK

Daha 2 bank dollar satışını dayandırdı - YENİLƏNİB
29 İYUN
2021

Daha 2 bank dollar satışını dayandırdı - YENİLƏNİB

2016-06-29 16:27:00
Azərbaycanda daha 2 bank dollar satışını dayandırıb. Fins.az-ın məlumatına görə, «Zamin Bank» və «NBC Bank»da dollar satışı dayanıb. Bu barədə bankın filiallarından bildirilib.
 
Zaminbankın filiallarından birində bunun səbəbini dolların qurtarması, digərində isə məzənnənin yüksəlməsi ilə izah ediblər.
 
NBC bankın isə heç bir filialı dollar və avro satmır. Bankdan verilən məlumata görə bunun səbəbi valyuta qıtlığı ilə əlaqədardır.
 
Bununla yanaşı, «Zaminbank»baş ofisindən dollar satışının adi qaydada davam etdiyi nildirilir. Bu barədə fins.az-a «Zaminbank»ın idarə heyətinin sədr müavini Orxan Quliyev bildirib. Onun sözlərinə görə, bankda bankda kifayət qədər valyuta var və onun satışı dayandırılmayıb. «Filiallarımız da valyuta ilə təmin edilir. Bəzi hallarda filiallarda dollar kütləsi tükəndiyi vaxtda baş ofisdən dərhal onlara dəstək verilir»-deyə sədr müavini bildirib.  
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270