BANK

Azərbaycan bankları PayPal-a razılıq verdilər
29 İYUN
798

Azərbaycan bankları PayPal-a razılıq verdilər

2016-06-29 16:06:00

Azərbaycan Mərkəzi Bankının müraciətinə əsasən PayPal şirkətinin xidmətlərinin Azərbaycan bankları vasitəsilə təqdim edilməsi ilə əlaqədar ABA tərəfindən banklarla müzakirələr aparılmış və bu məsələyə  dair bankların rəyləri ümumiləşdirilərək Mərkəzi Bankına ünvanlanmışdır.

Fins.az-ın "Marja"-ya istinadən məlumatına görə, bunu ABA-nın İcraçı direktoru Yunus Abdulov bildirib.

Mərkəzi Bankdan ABA-ya verilən məlumata görə PayPal şirkətinin yerli banklarla əməkdaşlığının uyğun forma və üsullarının araşdırılması üzrə iş aparılır. Nəticə barədə məlumat veriləcək.

ABA-nın İcraçı direktoru Yunus Abdulov  Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru xanım Kəmalə Qurbanovaya məktub göndərib.

Məktubda qeyd edilir ki,

-Azərbaycan Mərkəzi Bankı tərəfindən ABA-ya ünvanlanmış 18 may 2016-cı il tarixli, 11- 00182-2016 və 11-00183-2016 saylı məktublara cavab olaraq bildirmək istəyirik ki, Cash back xidmətinin yerli bazarda tətbiqi və Paypal şirkətinin agent bankı olmağa dair münasibətlərin öyrənilməsi üçün ABA üzv banklara müraciət ünvanlamışdır. Bir sıra banklardan daxil olan cavablar onu deməyə əsas verir ki, banklar ümumilikdə bu xidmətlərin yerli bazarda tətbiqinə maraqlıdırlar. Bununla yanaşı, həmin xidmətlərin yerli bazarda tətbiqi şərtlərinin müəyyənləşdirilməsi və hər iki məsələnin ABA-nın “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunda daha geniş müzakirəsinə ehtiyac olduğu banklar tərəfindən qeyd olunur.

Qeyd edək ki, ölkəmizin bir çox sahibkarlar öz məhsullarını Ebay, Etsy kimi sistemlərdə satışa çıxarda bilmirlər. Səbəbi də Paypal üzərindən ödəniş qəbul etmək imkanının olmamasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272