BANK

Daha bir kredit təşkilatından - ZƏRƏR AÇIQLAMASI
29 İYUN 2016
458

Daha bir kredit təşkilatından - ZƏRƏR AÇIQLAMASI

2016-06-29 15:04:00

«Mol Bulak» bank olmayan kredit təşkilatı (BOKT) 2015-ci ilə 1 mln, 787 min manat zərələ yekun vurub. Bu barədə fins.az təşkilatın yaydığı illik hesabata istinadən xəbər verir.

Hesabata görə, 2015-ci il üzrə bankın cəmi aktivləri 23 mln 691 min manata bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 7.5% və ya 1 mln. 783 min manat çoxdur. Təşkilatın kredit portfeli isə təxminən 2% artaraq 21 mln. 370 min manat təşkil edib.

Hesabat dövründə «Mol Bulak»ın cəmi öhdəlikləri 10 mln. 716 min manat təşkil edib. Bu göstərici 2014-cü illə müqayisədə 33,31% və ya 3 mln. 57 min manat çoxdur. Hesabat dövründə təşkilatın cəmi kapitalı 12 mln 975 min manata bərabər olub ki, bu da əvvəlki ildəki göstəricidən 13,77% və ya 1 mln. 787 min manat azdır.

Təşkilatın faiz əməliyyatlarından əldə etdiyi xalis gəlir bir ildə 13,14% və ya 973 min manat azalaraq, 7 mln 405 min manat təşkil edib. BOKT-un əməliyyat mənfəəti 6 mln 30 min manat təşkil edib. Bu göstərici ötən illə müqayisədə 46,37% və ya 2 mln. 796 min manat azdır. Təşkilat 2015-ci ili zərərlə yekunlaşdırsa da, 2014-cü ilin yekununda 2 mln, 531 min manat mənfəət əldə etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7475
  • € EUR
    1.8490
  • ₽ RUB
    0.0303