BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
29 İYUN
1183

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-06-29 11:15:00

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Bank VTB (Azərbaycan)”dır. Fins.az xəbər verir ki, bu bankda Amerika valyutası 1,5540 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank (Azərbaycan)” dır. Bu bankda alış qiyməti 1,4750 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Azərpoçt”. Bu bank dolları 1,5850 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Azərbaycan Beynəlxalq Bankı” dır. Bankda satış qiyməti 1,5978manatdır.

Avro qiymətləri

Avronu ən baha “Dəmirbank” və “Parabank”alır– 1,7000manata. Avronun ən ucuz götürüldüyü bank “Yapı Kredi Bank (Azərbaycan)”- 1,6326 manata. Avronu ən ucuz “Zıraat Bank (Azərbaycan)”satır – 1,7340manata. Avronun ən baha satıldığı banklar isə “Azərbaycan Beynəlxalq Bankı”, “Amrahbank”, “Zaminbank” və “Rabitəbank”dır– 1,7684  manata.

 

Banklarda dollar və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272