BANK

«Kəskin devalvasiya olmayacaq» - EKSPERT
28 İYUN
1833

«Kəskin devalvasiya olmayacaq» - EKSPERT

2016-06-28 16:22:00

«Sentyabr ayına qədər manatın kəskin ucuzlaşacağıinandırıcı görünmür. İyulun ilk ongünlüyündən sonra hətta manatın nisbətən bahalaşacağını gözləmək olar». Bunu fins.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib.  

Ekspertin sözlərinə görə son bir həftə ərzində dolların bahalaşmasının əsas səbəbi bankların xarici borc öhdəlikləri ilə bağlıdır: «Mart ayından bəri keçirilən valyuta hərraclarında kommersiya bankları ilə yanaşı, Mərkəzi Bank da iştirak edirdi. İyun ayından başlayaraq isə Mərkəzi Bank hərracda iştirak etmir. Hazırda hərracda iştirak edən bankların sayı 30-u ötür və hər dəfə 100% alış olur. Halbuki əvvəlki aylarda bankların dollara tələbi çox aşağı idi».  

«İyul ayından başlayaraq şirkətlərin vergi ödənişləri manata təlabatı yaradacaq. Bu səbəbdən iyulun birinci dekadasından başlayaraq manat bir qədər bahalaşacaq. İstənilən halda dolların məzənnəsinin 1.50-1.65 manat səviyyəsində dəyişəcəyini güman edirəm» deyə ekspert əlavə edib.  

Ekspert qeyd edib ki, manatın taleyi hökumətin davranışından, atacağı addımlardan daha çox asılıdır. Manatın məzənnəsi ilə bağlı qərarı Mərkəzi Bank versə də, son sözü Maliyyə Nazirliyi deyir.  «İlin sonuna kimi neftin qiyməti 30 dollara və daha aşağı düşməsə, yaxın dövrdə manatın kəskin ucuzlaşacağı gözlənilmir. Payız aylarında manatın məzənnəsi ilə bağlı yenidən fikir söyləmək olar.». 

Manatın qiymətinə təsir edən əsas amillər aşağıdakılardır: 

•  Neftin qiyməti

• Tədiyyə balansının vəziyyəti

• FED-in uçot dərəcəsini qaldırmaqlabağlı qərarı

• Ölkədən xaricə kapital axının səviyyəsi

• Büdcənin icra vəziyyəti  

Ekspert sonda insanlara uzunmüddətli dövrlər üçün əllərində olan vəsaiti dollarda saxlamağı tövsiyə edir.

Qeyd edək ki, iqtisadçı-ekspert Samir Əliyev fins.az-a verdiyi açıqlamada iyulun ortalarından başlayaraq manatın məzənnəsinin sabitləşəcəyini hətta dollar qarşısında bimr qədər bahalaşacağını bildirmişdi. Həmin açıqlama ilə buradan tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272