BANK

"MCB Lizinq"in səhmdarları dəyişib
28 İYUN 2016
188

"MCB Lizinq"in səhmdarları dəyişib

2016-06-28 14:52:00

"MCB Lizinq"in səhmdarlarının sayı 2-yə düşüb. Bu barədə fins.az şirkətin yaydığı 2015-ci ilin hesabatına əsasən xəbər verir.

Həmçinin, şirkət 2015-ci il ərzində 2 mln 615 min manatlıq əlavə səhm buraxaraq, ilin yekununda nizamnamə kapitalını 4 mln 284 min manata çatdırıb.

Şirkətin səhmdarlarından olan ABŞ vətəndaşı Mohammed Hasan Metla öz 4,94% payını Pakistanın "MCB Bank Limited" şirkətinə satıb. Qeyd edək ki, MCB Bank Limited, Pakistanda fond birjasında qeydiyyata alınmış açıq səhmdar cəmiyyəti, buraxılmış nizamnamə kapitalının 99.94%-nə sahibdir və Şirkətin əsas təsisçisidir.

Lizinq şirkətinin səhmlərinin yerdə qalan 0,06%-i isə Azərbaycan vətəndaşı "MCB Lizinq"in İdarə Heyətinin sədri Rəmal Cəfərova məxsusdur.

Qeyd edək ki, "MCB Lizinq" 2009-cu ilin dekabr ayından fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7021
  • € EUR
    1.9029
  • ₽ RUB
    0.0302