BANK

Dollar satışına limit qoyuldu – MƏBLƏĞLƏR
28 İYUN
1069

Dollar satışına limit qoyuldu – MƏBLƏĞLƏR

2016-06-28 12:52:00

Azərbaycanda dollar ətrafındahttp://fins.az/bank/902001/maliyye-palatasi-dollar-satisina-gore-banklara-xabardarliq-edib.html baş verən ajiotajdan sonra bəzi banklar dollar satışını ümumiyyətlə dayandırıb, bəziləri isə limitlə satmağa başlayıblar.  

Eləcə də bax: Banklarda dollar və avronun alış-satış qiymətləri – SİYAHI

Fins.az xəbər verir ki, «DəmirBank» hər bir müştəriyə maksimum 200-300 dollar sata bilir. Bankdan bildirilib ki, dollar dəyişmək istəyən müştəri özə ilə şəxsiyyət vəsiqəsini də gətirməlidir. 

«Turanbank»da isə müştəri şəxsiyyət vəsiqəsi təqdim etməklə maksimum 500 dollar ala bilər. 

Eləcə də bax: Bu bank 4 gündür ki, dollar satmır

«Bank Respublika» isə 4 gündür ki, dollar dəyişdirilməsini dayandırıb. 

Qeyd edək ki, Mərkəzi Bankın iyunun 28-nə təyin etdiyi dolların məzənnəsi  1,5332 manat olsa da, banklarda dolların satışı məzənnəsi çox yüksəkdir. Əksər banklar dolları 1,5900 manatdan başlayaraq dəyişir.

Eləcə də bax: Maliyyə Palatası dollar satışına görə - BANKLARA XƏBƏRDARLIQ EDİB

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272