BANK

Hərracda dollara - REKORD TƏLƏBAT
28 İYUN
2466

Hərracda dollara - REKORD TƏLƏBAT

2016-06-28 12:44:00

Azərbaycan Mərkəzi Bankı (AMB) bugün növbəti valyuta hərracını həyata keçirəcək. Fins.az "Report"-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hərracda 50 mln. ABŞ dollarını satışa çıxarıb, amma hərraca tələb yarım milyard dolları keçib.

Eləcə də bax: Dolların hamısı satıldı – VALYUTA HƏRRACI

AMB-nin iyunun 29-na rəsmi məzənnənin 1,5363 AZN/USD səviyyəsinə yüksəlməsini ehtimal edir. Xatırladaq ki, "Brexit" referendumundan sonra qlobal maliyyə bazarlarında baş verən kəskin dalğalanmalar Azərbaycanın nağd valyuta bazarında da dollara tələbi artırıb. Belə ki, iyunun 24 və 27-də nağd valyuta bazarında dolların satışı maksimal həddə -1,5945-ə yüksəlib və hətta bir çox kommersiya bankında dollar satışı məhdudlaşdırılıb.

Agentliyin ekspertləri bildiriblər ki, ümumiyyətlə, qlobal maliyyə bazarlarında stabilləşmənin bərpa olunması ilə nağd valyuta bazarında dollara tələb bir qədər azalacaq. Ümumiyyətlə isə iyul və avqust aylarında dollara tələbin yüksək olması və rəsmi məzənnənin 1,56 səviyyəsinə qədər artması ehtimal edilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275