BANK

Bu bank 4 gündür ki, dollar satmır
28 İYUN
806

Bu bank 4 gündür ki, dollar satmır

2016-06-28 12:26:00

Azərbaycanın aparıcı banklarından biri olan «Bank Respublika» dollara satışını tamamilə dayandırıb. Bankdan fins.az-a verilən məlumata görə, iyunun 25-dən etibarən, yəni artıq 4 gündür ki, bankda valyuta dəyişmə əməliyyatını dayandırıb: «Şənbə günündən etibarən bu bankda bütün valyutaların satışı dayandırılıb».

Qeyd edək ki, bankda təkcə dollar yox, avro və digər valyutaların satışı da dayandırılıb. Həmçinin bankın cash-in terminallları da 4 gündür ki, fəaliyyət göstərmir. Bank, terminalların işinin dayandırılmasını texniki səbəblərlə izah edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272