BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
28 İYUN
1397

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-06-28 11:31:00

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Dəmirbank”dır. Fins.az xəbər verir ki, bu bankda Amerika valyutası 1,5600 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank (Azərbaycan)” dır. Bu bankda alış qiyməti 1,4750 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə Pakistan Milli Bankının Bakı filialı dadır. Bu bank dolları 1,5700 manata satır. Dolları ən yüksək qiymətlə satan banklar isə “AFB Bank”, “Amrahbank”, “Atabank”, “Bank BTB”, “Azərbaycan Beynəlxalq Bankı”, “Dəmirbank” və “Nikoyl Bank”dır. Bankda satış qiyməti 1,5945manatdır.

Avro qiymətləri

Avronu ən baha “Dəmirbank” və “Amrahbank”alır– 1,6960manata. Avronun ən ucuz götürüldüyü bank “Unibank”- 1,6299 manata. Avronu ən ucuz “Zıraat Bank (Azərbaycan)”satır – 1,7290manata. Avronun ən baha satıldığı banklar isə “Azərbaycan Beynəlxalq Bankı” və “Rabitəbank”dır– 1,7638  manata. 

Banklarda dollar və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275