BANK

Azərbaycanda dolların bahalaşması davam edəcək – EKSPERT
28 İYUN
2110

Azərbaycanda dolların bahalaşması davam edəcək – EKSPERT

2016-06-28 08:00:00

Dolların manat qarşısında güclənməsi prosesi qarşıdakı aylarda da davam edəcək. Nəticədə ölkədə valyutaya olan təoəbatı ödəmək üçün Azərbaycan Mərkəzi Bankı öz ehtiyatlarının bir hissəsini satmalı olacaq. Fins.az-ın məlumatına görə, bu proqnozla iqtisadçı-ekspert Vüqar Bayramlı çıxış edib. Ekspert bu proqonozunun səbəblərini də açıqlayıb:

«Hələ 31 may tarixli statusumda o zaman güclənən manatın möhkəmlənməsinin davam etməyəcəyini proqnozlaşdırmışdım. Məhz elə o zaman növbəti iş günündən manat ucuzlaşmağa başladı. Əvvəlki açıqlamamalrımda da qeyd etdiyim kimi valyuta bazarımızda dolların möhkəmlənməsi üçün tam iqtisadi zəmin var. Xarici valyutaya tələb yüksək olaraq qalmaqdadır. İndi hərraclarda dollara olan tələbin ən yaxşı halda 20 faizi ödənilir.

Deməli, dollara almaq üçün verilən sifarışın böyük əksəriyyətini Mərkəzi Bank və Dövlət Neft Fondu təmin edə bilmir. Bu isə davamlı olaraq manatın dəyər itirməsinə səbəb olur. Hələlik Mərkəzi Bank öz xarici valyuta rezervlərini qorumaq üçün hərraca satıcı kimi qatılmaqda maraqlı görsənmir.

Amma bu uzun müddət davam edə bilməz. Dövlət Neft Fondunun 2016-cı ildə ümumi xərci 10 milyard 668 milyon manat olacaq. Fond büdcəyə 7 milyard 615 milyon manat transfer edəcək. Deməli, manatla olan öhdəliklərini nəzərə aldıqda fondun il ərzində dollara olan tələbi tək və tam ödəyə bilməz. Mərkəzi Bank bütün hallarda yenidən öz valyuta ehtiyatlarını bazara çıxarmalıdır.

Bu isə dollara olan tələbi ödəməyə yardım etsə də rezervlərin azalması fonunda manata psixoloji təzyiqi artıracaq. Manatın dəyirsizləşmə səbəbləri barədə bir müddət öncə yazmışdım. Sadəcə, mövcud tələb-təklifi və Mərkəzi Bankın manevr imkanlarını nəzərə aldıqda dollar valyuta bazarımızda möhkəmlənməkdə davam edəcək. Hal- hazırda bütün iqtisadi qanunauyğunluqlar dolların güclənməsini şərtləndirir. 2 həftən öncə yazdığım kimi top dolların meydançasındadır və dollar bazarda dominatlığını qoruyub saxlamaqda davam edəcək. Deməli, dollar manata nisbətən dəyər qazanmaqda davam edəcək».

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275