BANK

Maliyyə Palatası dollar ajıotajı ilə bağlı məlumat yaydı
25 İYUN
4535

Maliyyə Palatası dollar ajıotajı ilə bağlı məlumat yaydı

2016-06-25 15:08:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ilə bağlı keçirilmiş referendumun - “Brexit”in Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı açıqlama yayıb.

Palatanın məlumatında bildirilir ki, referendumun yekunları (hansında ki, Britaniya vətəndaşları Avropa İttifaqını tərk etməyə səs veriblər) dünya bazarlarında dalğalanmaları aktivləşdirib.

Məlumatda deyilir ki, Palata referendumun nəticələrinin ölkəmizdə də əhali və biznesin həssas davranışına səbəb ola biləcəyini nəzərə alaraq artıq bir müddətdir ki, bu prosesslərin Azərbaycan iqtisadiyyatına təsiri kanallarını araşdırır, maliyyə sabitliyinin qorunması üçün tədbirlər həyata keçirir.

Araşdırmalar göstərib ki, “Brexit”in Azərbaycanın təsiri minimaldır: “Brexit”in keçid müddətində qlobal əmtəə, əmək və maliyyə bazarlarında qeyri-müəyyənlikləri artıracağı gözləntiləri əsasında aparılmış təhlillər göstərir ki, Azərbaycanın xarici ticarətinin strukturu və dinamikası, əsas ticarət tərəfdaşları ilə ABŞ dolları əsasında formalaşmış münasibətləri, habelə maliyyə institutlarının aktiv və öhdəliklərinin valyuta strukturu onun ölkəmizin iqtisadiyyatına, o cümlədən maliyyə sisteminə birbaşa təsirini əhəmiyyətli dərəcədə minimallaşdırıb»-deyə açıqlamada bildirilir.

Bununla belə, qeyd edək ki, iyunun 24-də, yəni dünən Azərbaycanda xaric valyuta, xüsusilə də dolların satışı ətrafında müəyyən ajiotaj müşahidə edilib. Bəzi valyutadəyişmə məntəqələrində dolların məzənnəsinin artması baş verib. Bəzi banklar isə dollar satışın dayandırıb və ya satışa məhdudiyyət qoyub. Palata bildirir ki, bu hallar daha çox Brexit barədə məlumatların təsiri altında baş verib: «24 iyun tarixində xüsusilə valyuta bazarının monitorinqi zamanı bir qədər həssas davranış müşahidə edilib. Bu, fundamental iqtisadi faktorlarla deyil, əsasən xarici maliyyə bazarları ilə bağlı informasiya ekspansiyası ilə izah olunur».

MBNP “Brexit”in Azərbaycanın maliyyə sabitliyinə təsiri üçün fundamental əsasların olmadığını bildirib: “Brexit”in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsiri üçün fundamental əsaslar yoxdur. MBNP bu sahədə monitorinqləri davam etdirir və “Brexit”in ölkə iqtisadiyyatına dolayı, o cümlədən psixoloji təsirinin neytrallaşdırılması üçün işlər görür”-deyə açıqlamada bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275