BANK

Azərbaycanda bu banklar dollar satışını dayandırdı- SİYAHI YENİLƏNİB
24 İYUN
3106

Azərbaycanda bu banklar dollar satışını dayandırdı- SİYAHI YENİLƏNİB

2016-06-24 15:55:00

Azərbaycanda bəzi kommersiya bankları nağd dollar satışını dayandırıb. Fins.az xəbər verir ki, buna səbəb dollara olan cari tələbatın kəskin artmasıdır. Bununla yanaşı, bəzi bankların rəhbərliyi qlobal bazarlardakı vəziyyəti izləyir, gözləmə mövqeyindən çıxış edir və proseslərə daha ehtiyatla yanaşmağa başlayıb.

Bank dairələrindən verilən  məlumata görə, nağd dollar satışını dayandıranlar arasında aşağıdakı bankların adları yera alıb. 

"Bank of Baku"

"Kapital Bank",

"Zaminbank"

"Kredobank" və s. bankların filialları var.

Bir sıra digər kommersiya banklarında satış davam etdirilsə də, bu, limitlə həyata keçirilir.

Lakin banklar dolların satışının məhdudlaşdırılması ilə bağlı rəsmi açıqlama vermirlər. Bankların nümayəndələri müştərilərə müxtəlif bəhanələrlə mübadilə məntəqələrindən uzaqlaşdırırlar. Bu isə vəziyyətin daha da gərginləşməsinə səsəb olub. Vətəndaşlar dollar almaqda israrlıdırlar.

 

Mənbə: Report, Fins.az  

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274