BANK

Bank ekspertləri ilə Vergilər Nazirliyinin nümayəndələri müzakirəyə yığışıblar
24 İYUN
229

Bank ekspertləri ilə Vergilər Nazirliyinin nümayəndələri müzakirəyə yığışıblar

2016-06-24 12:30:00

23 iyun 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Çirkli pulların yuyulmasına (ÇPY) qarşı mübarizə və komplayens üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.  ABA-nın ofisində keçirilən iclasda Vergilər Nazirliyinin Maliyyə institutlarında vergi əməletməsinə nəzarət şöbəsinin rəisi Səfərəli Cavadov da iştirak edib.

Ümumilikdə iclasda Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act – FATCA) ilə bağlı bank nümayəndələrinin suallarının cavablandırılıb və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi yeridilib.

Qeyd edək ki, ABA-nın sözügedən Ekspert Qrupunda ÇPY qarşı mübarizə və komplayens üzrə Azərbaycan Respublikasının qanunvericiliyi, ölkəmizin tərəfdar çıxdığı Beynəlxalq konvensiyaların tələbləri, Maliyyə Tədbirləri Üzrə İşçi Qrupu – FATF-ın tövsiyələri, Bank Nəzarəti üzrə Bazel Komitəsinin prinsipləri və Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin tələblərinə uyğunluq üçün görülən işlər müzakirə edilir, bu sahədə, üzvlər arasında təcrübə mübadiləsi aparılır.

Həmçinin, bankların qeyd olunan istiqamətdə daxili nəzarət qaydalarının təkmillədirilməsi və unifikasiyası məsələləri müzakirə edilir, daxili nəzarətin təşkili və həyata keçirilməsi ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi imkanlarını istisna edən şəraitin yaradılması imkanlarına birlikdə baxılır, eyni zamanda bu sahədə irgə əməkdaşlıq yolları nəzərdən keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275