TuranBank 2015-ci il üzrə illik hesabatını açıqlayıb. Fins.az bankın yaydığı hesabata əsasən xəbər verir ki, bank 2015-ci ili 1 mln. 132 min manatlıq zərərlə başa vurub. Halbuki bank 2014-cü ilin sonunda 5 mln. 563 min manat mənfəət əldə etmişdi.
2015-ci ilin sonuna görə, TuranBankın aktivləri bir ildə 63,35% və 200 mln. 795 min manat artaraq, 517 mln. 741 min manat təşkil edib. Bankın kredit portfeli 28,72% və 62 mln. 647 min manat artaraq 280 mln 800 min manat təşkil edib.
Hesabat dövrü üçün bankın cəmi öhdəlikləri 468 mln 760 min manat təşkil edib. Bu göstərici əvvəlki ildən 77,31% və ya 204 mln. 387 min manat çoxdur.
Bankın depozit portfeli 2014-cü illə müqayisədə 71,71% və ya 103 mln, 123 min manat artaraq 246 mln, 923 min manata bərabər olub.
Bankın cəmi kapitalı isə 53,3 mln manat təşkil edib.
Bankın xalis faiz gəliri 24,33% və ya 3 mln. 344 min manat azalaraq, 10 mln, 402 min manat təşkil edib.
Bankın qeyri-faiz əməliyyatlarından əldə etdiyi xalis gəlirisə 1 mln, 872 min manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 56,50% və ya 2 mln. 431 min manat azdır.