BANK

Bank VTB (Azərbaycan)-da yeni təyinat
22 İYUN
391

Bank VTB (Azərbaycan)-da yeni təyinat

2016-06-22 10:39:00

Vadim Zinovyev bank VTB (Azərbaycan)-ın idarə heyətinin yeni üzvü təyin edilib. Fins.az xəbər verir ki, o, həmçinin risklər və monitorinq departamentinin direktoru vəzifəsində çalışır. Bu vəzifədə o, risklərin idarə olunması və problemli kreditlərə cavabdehdir.   

Vadim Zinovyev “Maliyyə və kredit” ixtisası üzrə Sankt-Peterburq Dövlət mühəndis-iqtisad universitetini bitirib, eləcə də idarəetmə kadrların yenidən hazırlanması üzrə prezident proqramının məzundur. Bank sahəsində, o cümlədən rəhbər vəzifələrdə böyük iş təcrübəsi var.    

VTB qrupda 2013-cü ilin yanvar ayından Moskva Bankında kredit əqdlərinin monitorinqi istiqamətinə rəhbərlik etməklə çalışmağa başlayıb. 2015-ci ilin dekabr ayından bank VTB (Azərbaycan)-ın risklər və monitorinq departamentinin direktoru vəzifəsində çalışır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275