BANK

Maliyyə hesabatını açıqlamayan banklar - SİYAHI
21 İYUN
804

Maliyyə hesabatını açıqlamayan banklar - SİYAHI

2016-06-21 17:15:00

Mərkəzi Bankın Azərbaycanın Kommersiya Bankları qarşısında qoyduğu tələbə görə banklar ən azı hər rüb maliyyə göstəricilərini öz rəsmi internet səhifələrində göstərməlidirlər. Lakin fins.az-ın məlumatına görə, bankların bir hissəsi ya bu qaydaya əməl etmirlər, ya da qismən əməl edirlər. Yəni rüblük hesabatlarını gecikdirən, eləcə də hesabatı yerləşdirsə də, bəzi əsas göstəriciləri gizlədən banklar mövcuddur.

Problemli kreditlərini gizlədirlər

Məsələn, bəzi banklar çox zaman ya mənfəətlərini ya da problemli kreditlərin həcmini açıqlamırlar. Bu isə, şəffavlığın itməsinə və vətəndaşda bankın maliyyə vəziyyəti haqqında tam təsəvvürün formalaşmasına mane olur. Azərbaycan Banklarının qanuna qarşı əməlləri bununla bitmir. Bəzən banklar cari sonuncu rübün hesabatını açıqlasa da, əvvəlki rüblük hesabatları saytdan yığışdırırlar. Belə olduqda isə müqayisə etmək üçün heç bir imkan olmur və bankın əvvəlki rüblərlə müqayisədə vəziyyətinin necə dəyişdiyini aydınlaşdırmaq mümkünsüz olur.

Sadə vətəndaşlardan gizlənirlər

Lakin bəzi banklar hesabatı sayta yerləşdirməsə də, media nümayəndələrinin sorğusuna əsasən informasiyanı, təhlil üçün media orqanlarına göndərir. Buna baxmayaraq, sadə vətəndaşların maliyyə göstəricilərini bu cür əldə etmək imkanı yoxdur.

İntizamlı banklar

Banklar arasında bu qaydalara əməl edən banklar AFB Bank, ASB Bank, Bank Avrasiya,  Bank of Baku, CDB Bank, Pakistan Milli Bankı, PAŞA Bank və Ziraat Bank(Azərbaycan)dır. Bu banklar həm illik (auditor hesabatı ilə birlikdə) həm də rüblük hesabatlarını öz saytlarına yerləşdiriblər. Aşağıdakı cədvəldə bankların öz hesabatlarını (illik və rüblük) son yerləşdirmə tarixlərini, onların maliyyə vəziyyətlərinin hansı auditor şirkətlər tərəfindən yoxlandığını nəzərdən keçirə bilərsiniz.

Ən intizamsız banklar

Cədvələ əsasən ən intizamsız banklar-Bank Silk Vey, Bank Standard, Bank VTB (Azərbaycan) və Dekabankdır. Bu banklar sonuncu dəfə 2013-cü il üzrə illik hesabatlarını öz internet səhifələrinə yerləşdiriblər.

"Qismən intizamsız banklar"

Atabank, AGBank, Bank BTB, Bank Respublika, DəmirBank, Expressbank, Muğanbank, NBC Bank, Nikoyl Bank, Parabank, Rabitəbank, Turanbank, Unibank və Zaminbankı isə qismən intizamsız banklar hesab etmək olar. Bu bankların saytında isə  sonuncu dəfə 2014-cü il üzrə illik hesabatlarını görmək olar.

Banklar

Son Illik və auditor hesabatının yerləşdirilmə tarixi

Son maliyyə göstəriciləri

Auditor şirkət

AccessBank

31 dekabr 2015-ci il

31.12.2015

Ernst & Young Holding

AFB Bank

31 dekabr 2015-ci il

I rüb 2016-cı il

Deloitte & Touche

AGBank

31 dekabr 2014-cü il

31-03-2016

KPMG Azerbaijan Limited

Amrahbank

31 dekabr 2015-ci il

30.12.2014

Grant Thornton

Atabank

31 dekabr 2014-cü il

31 mart 2015-ci il

PwC Azerbaijan

Azərbaycan Beynəlxalq Bankı

31 dekabr 2015-ci il

 

Deloitte & Touche

Azərbaycan Sənaye Bankı

31 dekabr 2015-ci il

31.03.2016

Grant Thornton

Azər-Türk Bank

31 dekabr 2015-ci il

01.07.2015

Ernst & Young Holding

Bank Avrasiya

31 dekabr 2015-ci il

30.04.16

“Baker Tilly Azerbaijan”

Bank of Baku

31 dekabr 2015-ci il

03/31/2016

Deloitte & Touche

Bank BTB

31 dekabr 2014-cü il

31.12.2015

RSM Azerbaijan

Bank Respublika

31 dekabr 2014-cü il

9/30/2015

Deloitte & Touche

Bank Silk Vey

31 dekabr 2013-cü il

I rüb 2016-cı il

Grant Thornton

Bank Standard

31 dekabr 2013-cü il

 

KPMG Azerbaijan Limited

Bank VTB (Azərbaycan)

31 dekabr 2013-cü il

III rüb 2015-ci il

Ernst & Young Holding

Caspian Development Bank

31 dekabr 2015-ci il

I rüb 2016-cı il

 PraysvoterhausKupers Qlobal (PwC)

Dekabank

31 Dekabr 2013-cü il

01.10.2015-ci il

RSM Azerbaijan

DəmirBank

31 dekabr 2014-cü il

01.09.2015

Deloitte & Touche

Expressbank

31 dekabr 2014-cü il

31.12.2015

Ernst & Young Holding

Günaybank

31 dekabr 2015-ci il

 

RSM Azerbaijan

Xalq Bank

31 dekabr 2015-ci il

Yanvar 2015-ci il

Crowe Horwath

Kapital Bank

31 dekabr 2015-ci il

I rüb 2016-cı il

Ernst & Young Holdings

Kredobank

31 dekabr 2015-ci il

30 iyun 2014-cü il

RSM Azerbaijan

Iran Milli Bankı Bakı filialı

31 dekabr 2015-ci il

31-03-2016

  “BEST AUDİT” MMC

Muğanbank

31 dekabr 2014-cü il

I rüb 2016-cı il

Baker Tilly Azerbaijan

Naxçıvanbank

 

 

 

NBC Bank

31 dekabr 2014-cü il

30.11.2015

RSM Azerbaijan

Nikoyl Bank

31 dekabr 2014-cü il

 

Deloitte & Touche

Pakistan Milli Bankı Bakı filialı

31 dekabr 2015-ci il

31.03.2016

RR - VAM Beynəlxalq Audit Konsaltinq MMC

Parabank

31 dekabr 2014-cü il

II rüb 2015-ci il

KPMG Azerbaijan Limited

PAŞA Bank

31 dekabr 2015-ci il

31.03.2016

Ernst & Young Holdings

Rabitəbank

31 dekabr 2014-cü il

31.03.2016

Deloitte & Touche

Turanbank

31 dekabr 2014-cü il

31.12.2015

Deloitte & Touche

Unibank

31 dekabr 2014-cü il

31.12.2015

Deloitte & Touche

Yapı Kredi Bank (Azərbaycan)

31 dekabr 2015-ci il

 

Ernst & Young Holdings

Zaminbank

31 dekabr 2014-cü il

01.11.2014

RSM Azerbaijan

Zıraat Bank (Azərbaycan)

31 dekabr 2015-ci il

31.03.2016

PwC Azerbaijan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272