BANK

“ZaminBank” əməkdaşlarının işi məhkəməyə göndərildi
21 İYUN
452

“ZaminBank” əməkdaşlarının işi məhkəməyə göndərildi

2016-06-21 14:32:00

“ZaminBank” ASC-də filial müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və digərlərinin cinayət işi üzrə istintaq yekunlaşıb. Fins.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zeynal Ağayevin icraatındadır. Məhkəmənin hazırlıq iclası iyunun 30-a təyin edilib.

Qeyd edək ki, “ZaminBank” ASC-də filial müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdar pulu mənimsəyiblər. M.Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində maddəsində nəzərdə tutulan ittiham elan edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275