BANK

PAŞA Bank konsolidasiya edəcəkmi? – AÇIQLAMA
20 İYUN
450

PAŞA Bank konsolidasiya edəcəkmi? – AÇIQLAMA

2016-06-20 17:54:00

Fevralda ikinci devalvasiyadan sonra manatla uzunmüddətli kreditlərə maraq azaldığından Paşa Bank manatla qısamüddətli əmanətlərə üstünlük verməyə başlayıb. Əmanət faizlərinə yenidən baxılması nəinki bankda müştərilərin itirilməsinə, əksinə yeni müştərilərin qazanmasına səbəb oldu. Paşa Bankın  idarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, Mərkəzi  Bankın  30 minə qədər əmanətlər üzrə 12 faizlik tələbi onların fəaliyyətimizə nəzərəçarpan  təsir göstərməyib. “Hüquqi şəxslərin hesablarında olan qalıqların böyük əksəriyyəti manatla ifadə edildiyinə görə, bank yüksək likvidliyini qoruyub saxlayır”. Həmçinin T.Kazımov Paşa Bank son iki ayda valyuta hərraclarındakı passiv iştirakına da açıqlama gətirib. Bildirib ki, müştərilərin valyutaya olan tələbini Bank digər müştərilərinin təklifi əsasında qarşılayır.

Bank rəsmisi qeyd edib ki, Paşa Bankın hər hansı başqa bankla konsolidasiyası nəzərdə tutulmur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275