BANK

Əsas gəlir mənbəyi - KREDİT PORTFELİNDƏN GƏLƏN FAİZLƏRDİR
20 İYUN
342

Əsas gəlir mənbəyi - KREDİT PORTFELİNDƏN GƏLƏN FAİZLƏRDİR

2016-06-20 17:23:00

“PAŞA Bankda əsas gəlir mənbəyi kredit portfelindən gələn faizlərdir”.  fins.az xəbər verir ki, bunu PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazimov bankın fəaliyyətinin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında səsləndirib. T.Kazımov bildirib ki, bankın faiz gəlirləri  56%, haqq və komissiyadan əldə olunan gəlirlər  6%, banklararası bazardan əldə etdiyimiz faiz gəlirləri 7% artıb.

“Ötən ilin ən böyük uğuru Fitch reytinq agentliyi tərəfindən PAŞA Bankın reytinqinin artması oldu. Ötən il ərzində hər üç reytinq agentliyi tərəfindən ölkədə fəaliyyət göstərən müxtəlif bankların reytinqi aşağı salındı. PAŞA Bankın kredit reytinqi isə “+B”dən “-BB”-ə qaldırıldı. Bu ilin mart ayında da  bu reytinq təsdiqlənib. Bu uğurun əsasında isə böyük bir komandanın zəhməti dayanır”,  deyə sədr əlavə edib.

Davamlı biznes qurmağın əsasını təbii ki, peşəkar komanda, şəffaf risk menecmenti sistemi və İT infrastruktur  təşkil edir. Bank 2016-cı ildə də bu istiqamətlər üzrə fəaliyyətini  davam etdirməyi nəzərdə tutur.  

 “Biz özümüzü kredit təşkilatı kimi deyil, maliyyə tərəfdaşı kimi görürük və bu da müştərilərin böyük məmnunluğuna səbəb olur”, deyən T.Kazımov  müştəri məmnunluğu və portfelin keyfiyyətini qoruyub saxladıqlarını söyləyib.

Qeyd edək ki, ötən il Paşa Bank Türkiyədə açdığı bank şəbəkəsi ilə “İqtisadi üçbucağı” tamamladığını elan edib. Xatırladaq ki, Bankın xarici ölkədəki digər nümayəndəliyi isə Gürcüstanda yerləşir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270