BANK

Yalnız şəxsiyyət vəsiqəsi ilə kredit verilir – İLLİK 25%-LƏ
20 İYUN 2016
1387

Yalnız şəxsiyyət vəsiqəsi ilə kredit verilir – İLLİK 25%-LƏ

2016-06-20 09:25:00

«FINCA Azerbaijan» Bank olmayan kredit təşkilatının (BOKT) yeni kredit məhsulu olan «FINCARD»la kredit xətti yalnız dollarla açılır. Qurumdan fins.az-a verilən məlumata görə, bu kartla kreditlər əsasən, bizneslə məşğul olan və şəxsi təsərrüfatı olan təkrar və yeni müştərilərə verilir.

«FINCARD»la kredit limiti 500-5000 USD civarında dəyişir. Kredit illik 25% dərəcə ilə verilir.
Məlumata görə, yeni kartlar Finca Azerbaijan-ın 12 filialında təqdim olunur, onların etibarlılıq müddəti müştərinin seçimindən asılı olaraq 3 və ya 5 ildir.

Qeyd edək ki, «FINCARD» kredit kartını almaq üçün iş yerindən arayış tələb olunmur. Səbəbi odur ki, bu kartın müştəriləri bizneslə və ya öz təsərrüfatında məşğul olan şəxslərdir. Bununla yanaşı, müraciət edən müştərilərin ödəniş qabiliyyəti qiymətləndirilir, onların kredit tarixçələri araşdırılır.

Qeyd edək ki, təkrar müştərilərə krelitlər yalnız şəxsiyyət vəsiqəsilə verilir. Digər bankda məbləğindən asılı olmayaraq krediti olan və gecikməyə yol verməyən şəxslər də “FINCARD”ı əldə edə bilərlər.
“FINCARD”-ı 3 illik dollarla əldə edən şəxslərin ümumi kredit məbləğindən 2 USD, 5 illik dollarla əldə edən şəxslərin ümumi kredit məbləğindən isə 3 USD tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7020
  • € EUR
    1.9062
  • ₽ RUB
    0.0300