BANK

Əmanətçilərə 144 milyon manat - KOMPENSASİYA ÖDƏNİLİB
19 İYUN
303

Əmanətçilərə 144 milyon manat - KOMPENSASİYA ÖDƏNİLİB

2016-06-19 23:49:00

“Texnikabank”ASC , “Bank of Azerbaijan” ASC və “Gəncəbank” ASC-nin əmanətçilərinə 143 milyon 603 min manat kompensasiya verilib.

Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmışdır.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 118 milyon 696 min manatdan artıq kompensasiya ödənilmişdir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilmişdir.

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 24 milyon 36 min manat kompensasiya ödənilmişdir.

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki,  30 iyul 2007 -ci ildən Fonda üzv olan “Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən başlanılmışdır. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 871 min manat kompensasiya ödənilmişdir.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən  başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin qorunan əmanətçilərinə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275