BANK

Dünya Bankından kiçik sahibkarlara – MİKROKREDİTLƏR
17 İYUN
600

Dünya Bankından kiçik sahibkarlara – MİKROKREDİTLƏR

2016-06-17 13:15:00

Bu gün Dünya Bankının (DB) Azərbaycanla bağlı yeni qərarı gözlənilir. DB Bakı ofisindən fins.az-a verilən xəbərə görə, Azərbaycana əlavə 66,7 mln. dollar kredit ayılması nəzərdə tutulur. Kreditin ayrılması barədə rəsmi sənəd bu axşam təsdiqlənəcək. 

Bakı ofisinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zaur Rzayev bildirdi ki,  DB-nin yeni kreditləri 17  müddətinə, illik libor+1% (təxminən 2-3 faizlə) hesabı ilə veriləcək. İlk 5 ildə kreditin qaytarılması üçün möhlət müddəti olacaq. 

İnfra struktur layhələri 

Qeyd edək ki,  yeni kredit qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunacaq. R.Rzayev bildirdi ki, kredit əsasən, 3 istiqamətdə istifadə ediləcək: mikro layihələr, icmaların məşğulluq layhələri, təhsil və biznes imkanları. 

“Vəsaitin bir hissəsi kiçik infrastruktur layihələrinə  sərf ediləcək. Burada məcburi köçkünlərin   yaşadıqları ərazilərdə yol çəkilməsi, elektrik  enerjisi  ilə təminat, məktəb və səhiyyə müəssilərinin tıkilməsi nəzərdə tutulur. Həmin layhələrdə işçi qüvv əsi kimi  yerli sakinlərdən istifadə ediləcək”. 

Mikrokreditlər 

Kreditin 2-ciistiqamətiicmalaravə fərdi şəxslərə mikrokreditlərinverilməsinə sərfolunacaq. Təqdim edilən layihələr qiymətləndirildikdən sonra onların maliyyələşməsinə qərar veriləcək. 

Öz biznesini qur 

Layihənin 3-cü istiqaməti isə  daha çox gənclərin məşğulluğuna yönələcək.  Belə ki,  ayrılan kredit hesabına məcburi köçkünlər üçün ixtisasyönümlü kurslar təşkil ediləcək. Gənclər sənətə yiyələnditdən sonra  onlara müəyyən avadanlıqların alınması üçün vəsait ayrılacaq. Məsələn, əgər bir nəfər dərzilik kursunu bitiribsə, ona  bu ixtisas üzrə işləməsi üçün lazım olan avadanlıqların alınması nəzərdə tutulur. Bununla gənclərin öz bizneslərini qurmalarına imkan yaradılacaq. 

Z.Rzayev bidirdi ki, bütün bu layihələri Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu həyata keçirəcək. DB isə onların icrasına nəzarət edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275