BANK

Bağlanan bankdan xəbər var
17 İYUN
1024

Bağlanan bankdan xəbər var

2016-06-17 12:35:00

Bir qədər əvvəl Azərbaycan Mərkəzi Bankının qərarı ilə lisenziyası ləğv edilən və fəaliyyətini dayandıran, hazırda isə ləğv prosesində olan “Yunayted Kredit Bank”ın möhürü dəyişdirilib. Bu barədə bankın ləğvedicisi olan «Azerbaijan İnternational Legal Company» MMC məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2016-cı il tarixli 2-1(81)-1494/2016 saylı qərarı ilə “Yunayted Kredit Bank” ASC-nin müflis elan edilməsi, iflas proseduruna başlanılması və “Azerbaijan İnternational Legal Company” MMC-nin “Yunayted Kredit Bank” ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınıb.

Həmin qərar dərhal icraya yönəldilib. İflas prosedurunda olan “Yunayted Kredit Bank” ASC-nin möhürü ləğvedici tərəfindən"Yunayted Kredit Bank" ASC-nin adına “ləğv prosesində olan” sözləri əlavə edilməklə dəyişdirilib.

“Yunayted Kredit Bank” ASC-nin əvvəlki möhürü etibarsız hesab edilir və bildirilir ki, hazırda yalnız “Yunayted Kredit Bank” ASC-nin" ləğv prosesində olan" sözləri əlavə edilmiş möhürü etibarlıdır».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275