BANK

İpoteka kreditləri 32 dəfə azalıb
17 İYUN
232

İpoteka kreditləri 32 dəfə azalıb

2016-06-17 09:27:00

Mərkəzi Bankın (AMB) məlumatına görə, 2016-cı ilin yanvar-aprel aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 1,1 mln. manat təşkil edib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 31,7 dəfə azdır.

AİF-in məlumatına görə, yanvar-aprel aylarında 730 mln. 702,42 min məbləğində 17 min  995 ipoteka krediti verilib.

AMB-nin məlumatına görə, AİF yanvar-aprel aylarında 21,6 mln manat (mənfi 1,4%) krediti təkrar maliyyələşdirib. Bu müddətdə fond dövlət büdcəsindən sosial ipoteka üçün 14,5 mln. manat alıb.

2015-ci ildə 97 mln. 273,98 min manat məbləğində 2 min 146 kredit, bir il əvvəl 99 mln. 927,74 2 min məbləğində 2 275 kredit verib.

AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir.

Güzəştli kreditlər 50 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir.

Mənbə: Contact

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270