BANK

«10 ildir yüksək faiz veririk, hamı razıdır» - BANK
16 İYUN
1025

«10 ildir yüksək faiz veririk, hamı razıdır» - BANK

2016-06-16 17:43:00

«Parabank» artıq uzun illərdir ki, müştərilərinə yüksək faizlə əmanətlər təqdim edir. Bu barədə fins.az-a bankdan bildirilib. Qeyd edək ki, bir neçə gün əvvəl kütləvi informasiya vasitələrində bankın depozit cəlbi siyasəti ilə bağlı məlumatlar yayılıb. Bankdan isə bildirirlər ki, «Parabank 12% dən yüksək gəlir təklif edərək illik 19% -lə depozit cəlb edir və əmanətlərin qorunmasına əmin deyil» kimi yazılar qətiyyən həqiqətə uyğun deyil. 

Bankdan bildirilir ki, Parabank ümumiyətlə, artıq 10 ilə yaxındır ki, müştərilərinə yüksək faizlər təklif edir və indiyədək heç bir problem yaşanmayıb: «Bankımız depozit cəlb edilməsi üçün faizləri illik olaraq 12,13,14.5,16 % və nəhayət ki,  19% ə qədər qaldıraraq müştərilərə yüksək gəlir qazandırır. Və bu müddət ərzində bir dəfə də olsun əmanətçilərin hüquqları pozulmamış və gəlirləri vaxtı vaxtında çatdırılıb.

Onu da qeyd edək ki, Parabankın istehlak və biznes kreditləri üçün faizləri stabil qalmaqdadır». 

Parabank bir daha müştəriləri əmanət yerləşdirməyə dəvət edib. «Hər zaman müştəri məmuniyyətini düşünən Parabank bu gün də müştərilərini sevindirməkdədir. Belə ki, Parabankda əmanət yerləşdirməyin əsl zamanıdır. Əlavə gəlir əldə etmək və bu gəliri  təhlükəsiz və etibarlı bankda həyata keçirmək istəyən hər kəsi Parabank öz filial və şöbələrinə dəvət edir.  Müştərilərinə “imkanlarımız sərhədsizdir” deyən Parabank, sözün əsl mənasında sərhədsiz Depozit imkanı təklif edir. İllik 19% olmaqla depozit yerləşdirin gələcəyinizi daha da təminatlı edin»-deyə açıqlamada bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272