BANK

Yapı Kredi Bankda vəziyyət «ingiliscədir» - MƏNFƏƏTİ 50 DƏFƏ AZALIB
16 İYUN
749

Yapı Kredi Bankda vəziyyət «ingiliscədir» - MƏNFƏƏTİ 50 DƏFƏ AZALIB

2016-06-16 17:32:00

2015-ci ildə Yapı Kredi Bank (Azərbaycan)ın mənfəəti 40 dəfə azalıb. Fins.az-ın məlumatına görə, bu barədə  bankın uzun müddətli pauzadan sonra saytına yerləşdirdiyi 2015-ci il üzrə audit hesabatında bildirilir. Qeyd edək ki, audit hesabatı yalnız ingiliscə yerləşdirilib.  Bankdan bu hala ciddi səbəb gətirə bilməyiblər. Hərçənd, Yapı Kredi Bank (Azərbaycan)ın ana bankı olan Türkiyənin Yapı Kredi Bankının internet səhifəsində analoji hesabat türkcə yerləşdirilib. Bankın bu addımını Azərbaycan dilinə hörmətsizlikdən başqa heç cür izah etmək olmur. 

O ki qaldı hesabatın özünə, sənədə əsasən, 2015-ci ilin sonunda bankın cəmi aktivləri 477 mln. 647 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 125 mln. 725 min manat və ya 35,73% çoxdur.

Əvəzində 2015-ci ilin yekunlarına görə bankın kredit portfeli azalaraq 251 mln. 752 min manat təşkil edib. 2014-cü illə müqayisədə əhaliyə verilən kreditlərin həcmi 10 mln. 579 min manat, başqa sözlə 4,03% azalıb.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 409 mln. 690 min manat təşkil edib ki, bu göstərici bir ildə 125 mln 687 min manat və ya 44,26% artıb.

Bankın cəmi kapitalı isə bir il ərzində 38 min manat və ya 0,06% artaraq, 67 mln. 957 min manata bərabər olub.

Yapı Kredi Bank Azərbaycan 2015-ci ili cəmi 38 min manat mənfəətlə başa vurub. 2014-cü ildə isə bu göstərici 1 mln 894 min manat təşkil etmişdi. Başqa sözlə, 2015-ci ildə bankın mənfəəti əvvəlki ilə nisbətən 50 dəfə azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275