BANK

VTB (Azərbaycan)-ın səhmdarları toplaşacaq
16 İYUN
197

VTB (Azərbaycan)-ın səhmdarları toplaşacaq

2016-06-16 11:21:00

26 iyul 2016-ci il tarixində bank VTB (Azərbaycan)-nın səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

Bankdan Fins.az-a məlumata görə, tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.

İclasın gündəliyinə bankın səhmdarlarının növbədənkənar Ümumı Yığıncağının katibinin seçilməsi, Müşahidə şurasının və Audit Komitəsinin tərkibi haqqında məsələlər daxildir.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank baş ofis yanında Müştəri xidmətləri İdarəsi də daxil olmaqla 15  filial ilə təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275