BANK

Azərbaycanın regionlarına verilən kreditlər kəskin azalıb
14 İYUN
276

Azərbaycanın regionlarına verilən kreditlər kəskin azalıb

2016-06-14 17:45:00

Son bir ildə Azərbaycanın regionlarına verilən kreditlərin həcmində kəskin azalma var. Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına əsasən xəbər verir ki, 2015-ci illə müqayisədə 2016-cı ildə bəzi bölgələrə verilən kreditlərin həcmində 20-dək azalma var.

AMB-nin məumatlarına görə, mayın 1-ə Azərbaycan banklarının ümumi kredit portfeli 18 milyard 758 milyon 682 min manat təşkil edib. Bu bir il əvvələ nisbətən 8,9% azdır. Bu dövrdə Bakı və regionların kredit portfelində azalma fərqli olub. Bakıda kreditlər daha az azalıb – cəmi 8,36%. Regionlarda isə kreditlərin azalması 11,7% təşkil edib.

 

Kreditin məbləği, min manat

Azalma

 

Yanvar-aprel, 2015

Yanvar-aprel 2016

Respublika üzrə

20 595 455,1

18758681,9

8,9%

Bakı

17 164 855,8

15 729 667,2

8,36%

Regionlar

3 430 599,3

3 029 014,7

11,7%

Amma bəzi regionlarda kreditləşmə daha çox azalıb. Bir il əvvəllə müqayisədə ən böyük azalma Kəlbəcər-Laçın İqtisadi rayonunda baş verib. Burada kreditlərin həcmi ötən illə müqayisədə 10 dəfə azdır. Amma bu bu bölgənin kreit portfeli onsuz da kiçik olduğu üçün bu göstərici tendensiyanı tam əks etdirmir. Əvəzində ciddi azalma Yuxarı-Qarabağ bölgəsində qeydə alınıb. Burada kredit portfeli 24% azalaraq ötən ilki 63,2 milyon manatdan bu il 48,1 milyon manata enib. Bundan sonra ciddi azalma Quba-Xaçmaz zonasında qeydə alınıb – 21,2%.

Ölkənin əsas iqtisadi rayonları olan olan Gəncə-Qazax bölgəsində kredit portfeli ciddi surətdə azalaraq 15,3%, Şəki-Zaqatalada 15,4%, Lənkəranda isə 13,1% azalıb.

İqtisadi rayonlar

Kreditin məbləği, min manat

Azalma

Yanvar-aprel, 2015

Yanvar-aprel 2016

Abşeron

667 223,4

617694,6

7,4%

Aran

857 093,0

795741,7

7,2%

Dağlıq Şirvan

117 716,1

114123,6

3%

Gəncə-Qazax

756 025,5

640168,7

15,3%

Quba-Xaçmaz

281 833,2

222148,5

21,2%

Lənkəran

307 730,7

267283,0

13,1%

Şəki-Zaqatala

239 253,4

202330,9

15,4%

Yuxarı Qarabağ

63 196,8

48117,1

23,9%

Kəlbəcər-Laçın

9289,2

929,2

10 dəfə

Naxçıvan

131 237,9

120477,4

8,2%

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274