BANK

Daha bir bank manat kreditlərinə başlayıb – ŞƏRTLƏR
13 İYUN
1641

Daha bir bank manat kreditlərinə başlayıb – ŞƏRTLƏR

2016-06-13 17:43:00

"GünayBank" manatla kreditləşməyə davam edir. Bankdan fins.az-a verilən məlumata görə, krediti yaşı 21-63 arasında olan müştərilər əldə edə bilər. Günay Bankda kredit 2000 AZN məbləğədək 12 ay müddətinə qədər, illik 24%-lə verilir .

Borcalanın bütün kreditləri üzrə ödəniləcək aylıq məbləğ onun aylıq gəlirlərinin 65 faizindən çox olmamalıdır. Əsas borc və faizlər bərabər hissələrlə annuitet şəklində ödənilir.

Kredit əldə etmək üçün, şəxs iş yerindən arayış, şəxsiyyət vəsiqəsi və əmək haqqı kartından son 6 ay üzrə çıxarışla banka yaxınlaşmalıdır.

Kredit verilərkən ailə üzvlərinin sayı, gəlir və xərclər və s. nəzərə alınır. Aylıq ödəniş məbləği hesablanarkən yaşayış minimumu (136 manat) və ali üzvlərinin sayı nəzərə alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272