BANK

Azərbaycanda bütün sahələrə kreditlər azalıb – HESABAT
13 İYUN
311

Azərbaycanda bütün sahələrə kreditlər azalıb – HESABAT

2016-06-13 16:17:00

Azərbaycan banklarının kredit portfeli kəskin azalıb. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabatda bildirilir. Hesabata əsasən, 2016-cı il mayın 1-ə ölkə banklarının ümumi kredit portfeli 18 milyard 758,7 milyon manat təşkil edib. Bu ilin əvvəlinə nisbətən 2 milyard 971,7 milyon manat və ya 13,67% azdır.

Hesabatdan aydın olur ki, kreditərin azalması iqtisadiyyatın bütün sahələrində baş verib. Belə ki, ticarət və xidmət sektoruna ayrılan kreditlərin həcmi 2 milyard 676,6 milyon manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 481,4 milyon manat və ya 15,24% azdır.

Energetika, kimya və təbii ehtiyatlar sektoruna verilmiş kreditlərin həcmi 296,3 milyon manat təşkil edir. Bu göstərici ilin əvvəli ilə müqayisədə 20,2 milyon manat və ya 6,4% azdır.

Kənd təsərrüfatı və emal sahəsinə verilən kreditlərin həcmi 432 milyon manat təşkil edir. Bu göstərici ilin əvvəli ilə müqayisədə, 76,1 milyon manat və ya 15% azdır.

İnşaat və əmlak sektoruna verilən kreditlər də azalıb. Hesabata görə, mayın 1-ə bu sahəyə verilən kreditlərin həcmi 2 milyard 846,5 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə, 216,7 milyon manat və ya 7,07% azalıb.

Sənaye və istehsal sektoruna verilən kreditlərin həcmi 1 milyard 208,8 milyon manat təşkil edir. Bu ilin əvvəli ilə müqayisədə, 739,5 milyon manat və ya 37,95% azalıb.

Nəqliyyat və rabitə sahəsinə verilən kreditlərin həcmində isə artım var. Hesabata görə, bu sahədə kredit porotfelinin həcmi 1 milyard 512,3 milyon manat təşkil edib. Bu götərici ilin əvvələ ilə müqayisədə, 46,7 milyon manat və ya 3,2% artıqdır.

İstehlak kreditlərinin həcmində də kəskin azalma var. Hesabata görə, mayın 1-ə olan vəziyyətə ölkədə istehlak kreditlərinin həcmi 7 milyard 185,4 milyon manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə, 1 milyard 198,2 milyon manat və ya 14,3% azdır.

Bununla yanaşı, istehlak kreditlərinin içərisində əmlak almağa yönrəldilən kreditlərin həcmi artıb. Belə ki, hazırda bu sahədə kredit portfeli 1 milyard 570,3 milyon manat təşkil edir. İlin əvvəlindən etibarən bu göstərici 27,9 milyon manat və ya 1,8% artıqdır.

Başqa sözlə, hazırda istehlak kreditlərinin daha böyük hissəsi ev və əmlak almağa yönəlib. İlin əvvəlində istehlak kreditlərinin 18,4%-i ev almağa sərf edilirdisə, hazırda bu göstərici 21,85%-ə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271