BANK

«Unibank» istiqrazların ödəniş müddətini uzatdı
13 İYUN
259

«Unibank» istiqrazların ödəniş müddətini uzatdı

2016-06-13 15:29:00

«Unibank» öz istiqrazlarının ödəniş müddətini uzadıb. Bakı Fond Birjasından verilən məlumata görə, bu barədə bankın idarə heyəti qərar qəbul edib.

«Unibank» KB ASC-nin İdarə Heyətinin 20 may 2016-cı il tarixli Qərarına əsasən 11 mart 2011-ci il tarixdə AZ2007002028 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış istiqrazların tədavül müddəti 15 noyabr 2016-cı il tarixinədək uzadılıb»-deyə məlumatda bildirilir.

Eləcə də bax: «Unibank» istiqrazların pulunu hissə-hissə ödəyəcək – DƏYİŞİKLİK

Birjadan qeyd edilib ki, sözügedən istiqrazların emissiya prospektinin “B” bölməsinin 1.4-cü, 1.10-cu, 1.12-ci və 1.13-cü bəndlərinə və emissiya prospektinin A cədvəlinə dəyişikliklər edilib və həmin dəyişikliklər Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət qeydiyyatına alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272