BANK

Mərkəzi Bank gözlədiyi vəsaiti cəlb edə bilmədi – DEPOZİT HƏRRACI
13 İYUN
1052

Mərkəzi Bank gözlədiyi vəsaiti cəlb edə bilmədi – DEPOZİT HƏRRACI

2016-06-13 15:22:00

Azərbaycan Mərkəzi Bankı (AMB) bun gün keçirilən depozit hərracı ilə bağlı məlumat ayıqlayıb. AMB-dən fins.az-a verilən məlumata görə, 13 iyun 2016-cı il tarixində keçirilmiş hərracın nəticələrinə görə banklardan 129 mln. Manat depozit cəlb edilib. Depozitlərin orta ölçülmüş faiz dərəcəsi 6,49 % təşkil edib.

Qeyd edək ki, AMB ilk hərracda 150 milyon manat vəsait cəlb etməyi planlaşdırırdı. Bankdan verilən məlumata görə, Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərinin modernizasiyası istiqamətində fəaliyyətini davam etdirəcəkdir və pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat olaraq istifadə edəcəkdir.

Bankdan xatırladılıb ki, Müşahidə edilən makroiqtisadi prosesləri, pul siyasəti üzrə hədəfləri, habelə bank sektorunun likvidlik mövqeyini nəzərə alaraq Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə hərraclar çərçivəsində depozit əməliyyatlarının aparılmasına başlanması qərara alınıb.

«Depozit əməliyyatları pul bazarının inkişafını və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə də yönəlib»-deyə AMB-nin açıqlamasında bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274