BANK

«Qızıldan qiymətli» kredit verilir
13 İYUN
536

«Qızıldan qiymətli» kredit verilir

2016-06-13 15:16:00

«Parabank» ASC müştərilərə «Qızıldan qiymətli» kredit məhsulunu təklif edir. Bankdan fins.az-a verilən məlumata görə, yeni kredit, adından da göründüyü kimi, qızıl girovu müqabilində verilir. Amma indiyədək verilən analoji kreditlərdən fərqli olaraq «Qızıldan qiymətli» kreditində müştəri təqdim etdiyi qızıl girovunun 100%-i həcmində manatla kredit götürə bilər.

«Bank ölkədə və dünyada baş verən iqtisadi vəziyyəti nəzərə alaraq, müştərilər üçün rahat və sərfəli kredit imkanı yaradaraq qızıl kreditini manatla verir»-deyə bankın məlumatında bildirilir.

Parabankdan «Qızıldan qiymətli» krediti əldə etmək üçün qızıl və şəxsiyyət vəsiqəsilə birlikdə bankın istənilən filial və şöbəsinə yaxınlaşmaq lazımdır. Krediti qızılın 100% həcmində, aylıq 2%-lə verilir. Bankın zərgəri qızılın dəyərini müəyyən etdikdən sonra, kredit rəsmiləşdirilir.

Parabankda italian qızılının 1 qramı-22 dollar, rusiya qızılının bir qramı isə 17 dollar dəyərində qiymətləndirilir. Daha ətraflı məlumat üçün, www.parabank.az və ya bankın 139 qısa əng xidmətinə müraciət etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272