BANK

İranla müştərək bank yaradılacaq
13 İYUN
273

İranla müştərək bank yaradılacaq

2016-06-13 14:12:00

Gələn il İran-Azərbaycan müştərək bankı fəaliyyətə başlayacaq. Fins.az-ın APA-ya istinadən məlumatına görə, bunu Tehran bürosuna açıqlamasında İran Mərkəzi Bankının sədri Vəliyullah Seyf deyib.

"Həm İran prezidenti Həsən Ruhaninin Azərbaycana, həm də Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfəri zamanı iki ölkə arasında bank sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün razılıqlar əldə olunub. Bundan başqa, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun Tehrana son səfəri zamanı olduqca konstruktiv danışıqlar aparıldı. Mən iki ölkənin bank sahəsində əməkdaşlıq perspektivlərini müsbət qiymətləndirirəm. Ehtimal olunur ki, gələn il İran-Azərbaycan müştərək bankı fəaliyyətə başlayacaq", - deyə V. Seyf qeyd edib. 

O əlavə edib ki, bank sektorunda əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün olduqca önəmlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272