BANK

Banklar 11 filialın açılması üçün Maliyyə Nəzarəti Palatasına müraciət edib
13 İYUN
801

Banklar 11 filialın açılması üçün Maliyyə Nəzarəti Palatasına müraciət edib

2016-06-13 12:26:00

Azərbaycanda bankların yeni filiallarının açılması üçün icazənin alınması ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) 11 müraciət daxil olub.

Fins.az APA-ya istinadən xəbər verir ki, Direktorlar Şurasının qərarı ilə 1 filialın açılmasına icazə verilib, digər müraciətlərə baxılır.

Məlumata əsasən, bankların şöbələrinin açılması üçün icazənin alınması ilə əlaqədar Palataya 1 müraciət daxil olub və hal-hazırda bu müraciətə baxılır.

“Bank olmayan kredit təşkilatları fəaliyyətinə lisenziyanın alınması ilə əlaqədar 2 müraciət daxil olub. Bir müraciət üzrə lisenziyanın verilməsindən imtina edilib, digər müraciətə isə baxılır. Bank olmayan kredit təşkilatlarının yeni filiallarının açılması üçün icazənin alınması ilə əlaqədar 1 müraciət daxil olub və hal-hazırda həmin müraciətə də baxılır”, - deyə məlumatda vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270