BANK

Əhali banklardan əmanətlərini geri çəkir
13 İYUN
866

Əhali banklardan əmanətlərini geri çəkir

2016-06-13 12:17:00

Fiziki şəxslərin əmanətlərinin həcmi 2016-cı ilin aprel ayı üzrə 203,9 mln manat və ya 2,58% azalaraq 7 mlrd. 685 mln. manat təşkil edib. Bu barədə fins.az Mərkəzi Bankın yaydığı hesabata əsasən xəbər verir.

Əhalinin əmanətləri 2015-ci ilin sonu ilə müqayisədə, 1 mlrd. 788,9mln. manat və ya 18,88% azalıb. Fiziki şəxslərin əmanətləri bir il ərzində 32,20 mln. manat və ya 0,42% azalıb

Cəmi əmanətlərin 1 mlrd. 407,6 mln. manatı milli valyutada, 6 mlrd. 277,3 mln. manatı isə xarici valyutada olan əmanətlər təşkil edib. Xarici valyutada olan əmanətlər bir ay ərzində 100 mln manat və ya 1,57% azalıb. Manatla olan əmanətlərdə azalmanın həcmi 104 mln. manat, başqa sözlə isə 6,88%-ə bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272