BANK

Azərbaycanda problemli kreditlər kəskin artıb
13 İYUN
408

Azərbaycanda problemli kreditlər kəskin artıb

2016-06-13 11:40:00

Azərbaycanda kredit qoyuluşunun həcmi 2016-cı ilin aprel ayı üzrə 928,3 min manat və ya 4,72% azalaraq, 18 mlrd 759 min manat təşkil edib. Fins.az bu barədə Mərkəzi Bankın yaydığı hesabata əsasən xəbər verir.

Problemli kreditlərin həcmi aprel ayında 54,8 mln manat artaraq 1 mlrd. 381,3 mln. manata bərabər olub. Bunun da ümumi kredit portfelində həcmi 7.3% təşkil edib. Bu göstərici bir il ərzində 124,7 mln. manat və ya 9,92% artıb. Bununla yanaşı, məbləğ olaraq ilin əvvəlinən etibarən problemli kreditlərin həcmi 127 milyon manat azalıb.

Manatla olan kreditlərin həcmi 9 mlrd. 723,1 mln.manat olub ki, bunun da 726,2 mln. manatının və ya 7,47%-ni vaxtı keçmiş kreditlər təşkil edib. Hesabat dövründə xarici valyuta verilən kreditlər 9 mlrd. 36 mln. manata bərabər olub ki, bunun da 655,1 mln. manat və ya 7,25%-I vaxtı keçmiş kreditlərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275