BANK

Maliyyə Bazarlarına Nəzarət Palatasında görüş keçirilib
13 İYUN
281

Maliyyə Bazarlarına Nəzarət Palatasında görüş keçirilib

2016-06-13 09:58:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının üzlərinin iştirakı ilə Asiya İnkişaf Bankının (AIB) İcraçı Direktoru Metyu Foksun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Palatadan fins.az-a verilən məlumata görə, Azərbaycanla münasibətlərə mühüm önəm verdiklərini bildirən Metyu Foks son dövrdə ölkədə aparılan islahatlar və maliyyə sektorunun dayaqlığının təmin edilməsi sahəsində atılan vacib addımları dəstəklədiklərini diqqətə çatdırıb.

Görüşdə hər iki tərəf ölkənin maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Görüş MBNP ilə AİB arasında birgə əməkdaşlıq çərçivəsində atılacaq addımların müəyyən edilməsinə dair müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274