«AGBank» ASC Azərbaycanın aparıcı banklarından biri olaraq Azərbaycan Mərkəzi Bankının ilk dəfə keçirəcəyi vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracında iştirak edəcək.
Bankdan fins.az-a verilən məlumata görə, iyunun 13-də keçiriləcək depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. “Bloomberg” ticarət platformasında keçiriləcək depozit hərracının müddəti 1 ay və hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.
Məlumat üçün bildirək ki,aparılan uğurlu fəaliyyət nəticəsində bank bu günlərdə aktivlərini daha 8,2 milyon artırdı. «AGBank»ın depozit portfelində yüksəliş var. Belə ki, “AGBank”-ın depozit portfeli «Sabit məzənnə» əmanət növü üzrə 1,5 mln manat, «Sərfəli» əmanət üzrə isə 600.000 manat artıb.
Eləcə də bax: Depozit hərracı banklara nə vəd edir? – AÇIQLAMA
Eləcə də bax: Azərbaycanda depozit hərracı keçiriləcək - İLK DƏFƏ
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır