BANK

Azərbaycanda əmanətlər üzrə faizlər azalır - RƏQƏMLƏR
10 İYUN
864

Azərbaycanda əmanətlər üzrə faizlər azalır - RƏQƏMLƏR

2016-06-10 18:49:00

Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-cı ilin mayın 1-ə olan dövrə depozit və kredit üzrə orta faiz dərəcələrini açıqlayıb. Fins.az xəbər verir ki, 2016-cı ilin 1 mayına fiziki şəxslərin manatla əmanətləri üzrə orta faiz dərəcəsi 8,94%, xarici valyutada isə bu göstərici 7,08% təşkil edib. Bu göstərici aprelin 1-i üzrə 9,19% və 7,75% olub.

Ümumi əmanətlər üzrə isə orta faiz dərəcəsi manatla əmanətlərdə 7,77%, xarici valyutada əmanətlərdə isə 5,84%-ə bərabər olub. Bir ay əvvəl isə bu göstərici 7,85% və 6,28% təşkil edib.

Hesabata əsasən manatla əmanətlərdə ən yüksək faiz dərəcəsi 12,74%-ə bərabər olub ki, bu da 3 aydan 6 aya qədər olan əmanətləri əhatə edib. Bir aydan üç aya qədər olan əmanətlər üzrə faiz dərəcələri isə müddətlər üzrə kateqoriyada ən aşağı pillədədir – illik 5,60%.

Xarici valyutada ən yüksək faiz dərəcəsi müddəti 5 ildən yuxarı olan əmanətlərə aid olub – illik 8,85%. BU kateqoriya üzrə ən az faiz dərəcəsi bir aya qədər olan əmanətlərdə qeydə alınıb-1,88%.

Fiziki şəxslərə verilən manatla kreditlər üzrə orta faiz dərəcəsi 16,91%, xarici valyuta kreditlər üzrə isə 19,33% olub. Göstərici aprelin 1-i üzrə 17% və 18,91% təşkil edib.

Hüquqi şəxslər də daxil olmaqla, ümumi manatla kreditər üzrə faiz dərəcəsi 12,85%, xarici valyutada kreditlər üzrə isə 11,41% təşkil edib. Bu göstərici aprelin 1-nə görə 12,89% və 11,64%-ə bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270