BANK

Zaminsiz kredit verən banklar – SİYAHI
10 İYUN
1618

Zaminsiz kredit verən banklar – SİYAHI

2016-06-10 17:27:00

Devalvasiyadan sonrakı bir neçə aylıq sakitlikdən sonra bəzi banklar kreditləri bərpa ediblər. Amma kreditlərin şərtlərində də dəyişiklik edilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının tələblərinə və öz kredit siyasətlərinə uyğun olaraq banklar müştərilərə qarşı yeni tələblər - minimal əmək haqqı, iş stajı və s. tələbi qoyublar. Həmçinin, zamin tələbi də öz aktuallığını qoruyub saxlayır. Kredit məbləğinin həcmi artdıqca zamin tələbi də özünü göstərir. Amma bəzi banklar zaminsiz də kredit verirlər.

Fins.az zaminsiz kredit təklif edən bankların siyahısın təqdim edir:

AccesBankın

təkrar müştəriləri 5000 manata qədər zaminsiz kredit əldə edə bilərlər. Amma kredit götürənin iş stajı ən az 12 ay olmalıdır. Həmçinin, yeni müştərilər də ailə vəziyyətləri, gəlirləri, çalışdığı müəssisə və digər məsələlər nəzərə alınmaqla zaminsiz kredit əldə edə bilərlər. 

Bank BTB-dən

2000 manata qədər istehlak kreditlərini zaminsiz götürmək mümkündür. Lakin sizin gəlir və xərcləriniz, kredit tarixçəniz və s. nəzərə alınır.

Bank of Baku-dan

zaminsiz kredit götürmək üçün minimum 1 illik iş satjı, 500 AZN minimal ayıq gəlir və Bank of Baku ilə partnor müəssisələrdə çalışmaq (təhsil, tibb müəssisələri və s.) tələb olunur. Təkrar müştəri olub-olmaması, kredit tarixçəsi və s. nüanslar təhlil olunur. 

Dəmir Bank-dan

kreditin məbləğindən və kredit götürənin maliyyə vəziyyətindən asılı olaraq zaminsiz kredit götürmək mümükündür. 

Kapital Bank-dan

maaş və ya təqaüd kartınız varsa, sizə zaminsiz kredit verilə bilər. 

Parabank-da

kreditlər tək şəxsiyyət vəsiqəsi ilə girov əsasında verilir. 

Rabitəbank-da

2000 manatadək zaminsiz kredit götürmək mümkündür. 

Unibank-da

5000 AZN-ə qədər kredit ayırılır. Zaminsiz kredit götürmək üçün bankın tələbləri (şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və s.) müxtəlifdir.

Bank Respublika-da

2000 AZN-dək nağd kredit zaminsiz təklif olunur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272