BANK

Azərbaycanda kredit zəmanəti fondu yaradılacaq
10 İYUN
187

Azərbaycanda kredit zəmanəti fondu yaradılacaq

2016-06-10 15:13:00

Azərbaycanda dövlət tərəfindən kənd təsərrüfatı üçün kredit zəmanəti fondu yaradılacaq. Fins.az-ın məlumatına görə, bu, yeni hazırlanan "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsində nəzərdə tutulub. Qanunun 13-cü maddəsində dövlətin bu sahəyə dəstəyi siyahısında kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması da yer alıb. Maddədə həmçinin aşağıdakı şərtlər də yer alıb.

Eləcə də bax: Fermerləri birləşdirəcək qanun – KOOPERASİYALAR GƏLİR

Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyinin əsas istiqamətləri bunlardır:

- kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperasiya meyllərinin stimullaşdırılması;

- kooperativlərin və onların ittifaqlarının yaradılmasının dəstəklənməsi;

- ölkədə istehsal edilən, daxili və xarici bazarda satılan yerli kənd təsərrüfatı məhsullarının ümumi həcmində kooperativlərin payının artmasının stimullaşdırılması;

- kredit təşkilatlarının, bələdiyyələrin, kənd təsərrüfatı və digər müəssisələrinin kooperativlərə ortaq (assosiativ) üzv olmasının stimullaşdırılması;

- kooperativlər üçün sığorta mexanizminin təkmilləşdirilməsi;

- kooperativlərə və kənd sakinlərinə göstərilən maliyyə-kredit xidmətlərinin genişləndirilməsi;

- kooperativlərin güzəştli şərtlərlə kreditləşməsinin təmin edilməsi;

- kooperativlərin istehsal vasitələrinə olan tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi;

- kooperativlərətorpaq sahələrinin, gələcək məhsulların və tikinti obyektlərinin girov qoyulması yolu ilə kredit ayrılması;

- kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması.

Yeni layihəyə əsaəsn, dövlət kooperativlərə güzəştli şərtlərlə kreditləşmənin təmin edilməsinə də dəstək verəcək.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274