BANK

Maliyyə Nəzarəti Palatasının tarifləri dəqiqləşdi
10 İYUN
957

Maliyyə Nəzarəti Palatasının tarifləri dəqiqləşdi

2016-06-10 10:24:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) xidmət haqları müəyyənləşib. Fins.a-ın məlumatına görə, bu barədə qurumun Direktorlar Şurasının iyunun 8-də keçirilən növbəti iclasında bildirilib.

İclasda Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Palatanın özünü-maliyyələşdimə prinsipi əsasında fəaliyyət göstərdiyini və bu baxımdan göstərilən xidmət haqları və nəzarət subyektləri üzrə vahid çərçivənin müəyyən edilməsinin zəruriliyini vurğulayıb.

«Palatanın tarif siyasətinin və ayrı-ayrı xidmətlər üzrə tarif dərəcələrinin beynəlxalq təcrübə və mövcud vəziyyət nəzərə alınmaqla ədalətli və şəffaf prinsiplər əsasında müəyyən edildiyi diqqətə çatdırıldı»-deyə Palatanın açıqladığı məlumatda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271