BANK

Azərbaycan bankları 12 gün fasiləsiz işləyəcək - PALATANIN MÜRACİƏTİ
09 İYUN
4480

Azərbaycan bankları 12 gün fasiləsiz işləyəcək - PALATANIN MÜRACİƏTİ

2016-06-09 19:06:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkənin kommersiya banklarına müraciət edib. Fins.az-ın "Report"a istinadən məlumatına görə, müraciətdə banklardan paytaxtın mərkəzində yerləşən filialların iyunun 10-dan 21-dək (istirahət günləri də daxil olmaqla) işləməsinin təmin edilməsi tələb olunur. Həmin günlərdə işləyəcək filialların siyahısını isə banklar müstəqil şəkildə müəyyən etməlidir. Bu filialların iş vaxtı saat 09:00-dan 21:00-dək müəyyən edilib.

Qeyd edək ki, bu qərar iyunun 17-19-da Bakıda "Formula-1" Avropa Qran-Prisinin keçirilməsi ilə əlaqədar Azərbaycana xeyli sayda xarici qonaqların gəlməsi və bank xidmətlərinə, o cümlədən, valyuta mübadiləsi əməliyyatlarına tələbatın gözlənilən artımı ilə bağlıdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272