BANK

Depozit hərracı banklara nə vəd edir? – AÇIQLAMA
09 İYUN
968

Depozit hərracı banklara nə vəd edir? – AÇIQLAMA

2016-06-09 18:00:00

Azərbaycan Mərkəzi Bankının (AMB) depozit həracı elan etməsi banklar üçün əlavə investisiya imkanı yaradacaq. Fins.az-ın məlumatına görə, bu barədə «Kapital Menecment» İnvestisiya Şirkətinin icraçı direktoru Cəfər İbrahimli depozit hərracı ilə bağlı elanı şərh edərkən bildirib. Onun sözlərinə görə, indiyədək AMB manat kütləsinin tənzimlənməsi üçün not emissiyalarından istifadə edirdi. Depozit hərracının keçirilməsi isə kapital bazarı üçün yaxşı siqnal deyil: «indi depozit hərracının elan edilməsi və AMB-nin depozit cəlbinə keçməsi Kapital bazarı üçün yaxşı məlumat olmadı. Çünki kapital bazarı not əməliyyatlarından kifayət qədər komissiya gəliri əldə edə bilirdi».

Əvəzində, bu yenilik banklar üçün müsbət sayıla biləpr: «Belə ki, dövlət istiqrazlarını ala bilməyən banklar əlavə investisiya aləti kimi MB-in depozit hrraclarında iştirake edərək likvid manat vəsaitlərini yerləşdirə biləcəklər».

Bununla yanaşı, ekspert hesab edir ki, banklar üçün notlar, AMB-də depozit yerləşdirməkdən daha sərfəli idi: «Banklar üçün NOT yoxsa Depozit daha maraqlidir? Məncə banklar üçün Notlar daha maraqlı olardı. çünki notları fond bazarı sistemi üzərindən həm istənilən vaxt digər banklara satmaq və ya MB-a geri qaytarmaq mümkündür. Depozitdə isə bankların bu avantaji olacağı çətin görünür»-deyə ekspert bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274